"Zirə" daha bir futbolçunun keçidini açıqlayıb.
Sportal.az xəbər verir ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək klub Da Silva Tavareş Viera Vierinyanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçiylə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Viseu”, “Espinyo”, “San Jo de Ver”, “Beyra Mar” və Kiprin “Olimpiakos”(Nikosiya) klublarında çıxış edib.
saytlarin hazirlanmasi
