İspaniya – Səudiyyə Ərəbistanı matçının ən yaxşı futbolçusu bəlli oldu - 2 qol və 1 asistlə

23:54 - 21 İyun 2026

FİFA İspaniya millisinin yarımmüdafiəçisi Mikel Oyarzabalı 2026 dünya çempionatının 2-ci turunda Səudiyyə Ərəbistanına qarşı matçın ən yaxşı oyunçusu elan edib.

Sportal.az xəbər verir ki, İspaniya millisi böyükhesablı qələbə qazanıb – 4:0.

“Real Sosyedad”ı təmsil edən Oyarzabal Lamin Yamalın qoluna məhsuldar ötürmə verib və ilk hissədə cəmi üç dəqiqə ərzində iki qol vurub.

Xəbər xətti