Transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir futbolçunu diqqətdə saxlayır.
Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın maraq dairəsində olan hücumçulardan biri “Atromitos”un üzvü Makana Bakudur.
28 yaşlı futbolçunun meneceri ilə danışıqlara start verilib. Almaniyanın U-21 yığma komandasının sabiq üzvü həm mərkəz hücumçusu, həm də sağ və sol cinah vingeri kimi də oynaya bilir.
Yunanıstanın "Atromitos" klubu ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq futbolçu daha sonra azad agent statusu daşıyacaq.
Buna qədər isə o, “Holşten Kiel”, “Varta”(Poznan), “Göztepe”, “Legiya”, OFİ(Krete) klublarında oynayıb.
saytlarin hazirlanmasi
