"Barselona" iyunun sonunda müqaviləsi başa çatan Andreas Kristensenlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İspaniya çempionu danimarkalı futbolçunu komandada saxlayacaq. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
30 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Andreas Kristensen 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Danimarka millisinin üzvü 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
