"Fənərbaxça" "Mançester Siti" ilə danışıqlara başladı

20:35 - 18 İyun 2026

"Mançester Siti"nin müdafiəçisi Natan Ake karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər  verir ki, "Fənərbaxça" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi həm Akenin özü ilə, həm də klubbu ilə danışıqlara başlayıb. İngiltərə klubu 31 yaşlı mərkəz müdafiəçisi üçün 10 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Mançester Siti" Natan Akeni 2020-ci ilin yayında "Bornmut"dan 45 milyon avroya transfer edib. Niderland millisinin üzvü 2025/26 mövsümündə "şəhərlilər"in heyətində 32 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti