Əfsanəvi braziliyalı hücumçu Ronaldo Nazario Lionel Messinin Əlcəzair ilə oyunda vurduğu het-trikə münasibət bildirib.
Sportal.az xəbər verirr ki, Ronaldo argentinalı superulduzun futbol tarixinin ən yaxşı oyunçusu olduğunu düşündüyünü bir daha vurğulayıb:
“Artıq dünyanın bu həqiqəti qəbul etməsinin vaxtıdır: Messi bütün dövrlərin ən yaxşı futbolçusudur. O, hər mövsüm və Dünya Çempionatında bunu sübut etməyə davam edir, amma buna baxmayaraq, bəzi insanların hələ də şübhələri qalır. Bu, tarix kitablarında əbədi qalacaq unudulmaz bir gecədir.
Rekordlar qırılmaq üçün mövcuddur və onları məhz bu insanın yeniləməsi heç bir futbol azarkeşini təəccübləndirmir. Üstəlik, Argentina hazırkı dünya çempionudur.”
Lionel Messi Əlcəzair üzərində 3:0 hesablı qələbədə üç qola imza ataraq komandasının uğurunda əsas rol oynayıb. Argentina isə DÇ-2026da növbəti mərhələyə yüksəlmək yolunda vacib addım atıb.
saytlarin hazirlanmasi
