"Real" yarımmüdafiə xəttini gücləndirmək üçün əsas hədəf kimi Enzo Fernandezi müəyyənləşdirib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, argentinalı futbolçu baş məşqçi Joze Mourinyonun prioritet seçimidir. Madrid klubu transferi mümkün qədər tez başa çatdırmaq istəyir.
Bildirilir ki, "Çelsi" Enzonu satmağa hazırdır. Klubun baş məşqçisi Xabi Alonso layihədə maraqlı olmayan futbolçuları komandada saxlamaq istəmir. London təmsilçisi 24 yaşlı yarımmüdafiəçini ən azı 120 milyon avro dəyərində qiymətləndirir.
Həmçinin futbolçunun agenti Xavier Pastore də “Real”ın marağından xəbərdardır.
Əgər Enzo Fernandesin transferi baş tutmasa, Madrid klubu alternativ variantları da nəzərdən keçirir. Siyahıda Mateus Fernandes (Vest Hem) və 18 yaşlı Ayyoub Bouaddi (Lill) yer alır.
saytlarin hazirlanmasi
