"Arsenal" və "Atletiko" Alvarez transferində razılığa gəldilər

00:35 - 18 İyun 2026

"Arsenal" Xulian Alvarez transferi ilə bağlı yeni iddialar gündəmdədir.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Atletiko" artıq “Arsenal”la 50 milyon avro + Viktor Gyökereş daxil olmaqla bir razılaşmaya malikdir.

Bildirilib ki, 24 yaşlı argentinalı hücumçu ilə "Barselona" və "Real" da ciddi maraqlanır.

Argentina millisinin üzvü olan Alvarez son mövsümlərdə yüksək performansı ilə Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb və onun gələcəyi yay transfer pəncərəsinin ən çox müzakirə olunan mövzularından biri olaraq qalır.

Xəbər xətti