Harri Keyndən 63 oyuna 69 qol

00:56 - 18 İyun 2026

Harri Keyn növbəti mövsümdə inanılmaz statistik göstərici ilə çıxış etməyə davam edir.

Sportal.az xəbər verir ki, İngiltərə millisinin üzvü olan hücumçu Xorvatiya ilə DÇ-2026 matçında (2:2; ilk hissə) həm penaltidən, həm də oyundan qol vuraraq mövsümdəki ümumi qol sayını 69-a çatdırıb.

Kane bu mövsüm 63 oyun keçirib və məhsuldarlıq baxımından karyerasının ən yaxşı illərindən birini yaşayır:

"Bavariya" üçün: 61 qol

İngiltərə millisində: 8 qol

Beləliklə, ingiltərəli hücumçu həm klub, həm də milli səviyyədə yüksək stabil forma nümayiş etdirərək Avropanın ən məhsuldar futbolçularından biri kimi fərqlənir.

Xəbər xətti