"Barselona"nın aparıcı oyunçularından olan Rafinya karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Əl-Hilal" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Catalunya Radio" məlumat yayıb.
Ərəblər dünya çempionatından sonra 29 yaşlı futbolçu üçün İspaniya çempionuna 80 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən 58 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
