"Araz-Naxçıvan" Piriyevlə müqavilə imzaladı

15:36 - 18 İyun 2026

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi gənc futbolçu İbrahim Piriyevlə müqavilə imzalayıb. 21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

İ. Piriyev 2025-2026-cı illər mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan futbolçu “Zirə” ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debut edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

Xəbər xətti