I və II Liqada “Ayın qolu” layihəsinin qalibləri mükafatlandırılıb.
Sportal.az xəbər verir ki, II Liqada "Göygöl"ün üzvü Taleh Hüseynzadə səsvermədə hamını qabaqlayıb.
I Liqada isə eyni mükafata "Mingəçevir" futbol klubunun üzvü Elmin Bayramov sahib çıxıb.
Peşəkar Futbol Liqasının inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev hər iki futbolçuya mükafatı təqdim edib.


