"Barselona"nı bu kluba dəyişəcək

19:23 - 19 İyun 2026

“Barselona”nın 27 yaşlı qapıçısı İnyaki Penya komandanı tərk etməyi planlaşdırır.

Sportal.az “Jijantes”ə istinadən xəbər verir ki, bu ayrılıq yay “transfer pəncərəsi”ndə baş tutacaq.

Penyanın hansı kluba keçəcəyi də dəqiqləşib. O, “Panatinaikos”a keçəcək. Yunanlar ispan qolkiper üçün 3 milyon avro ödəyəcək.

Onun “Barselona” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Penya başa çatan mövsümü “Elçe”də icarə əsasında keçirib. 
 

Xəbər xətti