"Liverpul" Yan Diomande üçün transfer mübarizəsini yenidən aktivləşdirib.
Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, “Liverpul” "Leyptsiq" vingeri üçün 90 milyon avro + 10 milyon bonus təklif edib. Lakin Almaniya klubu bu təklifi rədd edib və oyunçu üçün minimum 120–130 milyon avro tələb edir.
Transfer yarışında PSJ də var, lakin hələ rəsmi təklif göndərməyib və futbolçunun qərarını gözləyir. Bildirilir ki, hazırda şəxsi müqavilə şərtlərində üstünlük İngiltərə klubundadır.
“Liverpul” eyni zamanda alternativ variantları da nəzərdən keçirir:
Yankuba Minteh (Brayton)
Said El Mala (Köln)
Matias Fernandez Pardo (Lill)
"Leyptsiq" isə futbolçunun müqaviləsini uzadaraq onu komandada saxlamaq istəyir və yalnız çox yüksək təkliflərə baxmağı planlaşdırır.
saytlarin hazirlanmasi
