Belçika millisinin hücumçusu Jeremi Doku düşərgəni tərk edib. Buna səbəb isə ailə vəziyyətidir.
Sportal.az “The Athletic”ə istinadən xəbər verir ki, futbolçu xanımının doğumunda iştirak etmək istəyib. Buna görə də, məşqçilər korpusundan icazə alaraq, düşərgədən müvəqqəti olaraq ayrılıb.
Onun xanımı yaxın günlərdə doğuş etməlidir. Misirə qarşı qrup mərhələsinin ilk turunda (1:1) 86 dəqiqə meydanda olan futbolçunun iyunun 21-də İranla görüşü buraxacağı dəqiqləşib:
"Bu, mənim ilk övladımdır və mən mütləq orada olmaq istəyirəm. Məndən nə istədiyimi soruşsanız, cavabım sadədir: heç kim ilk uşağının doğulmasını qaçırmaq istəmir. Başa düşürəm ki, futbolda nəzərə alınmalı bir çox başqa amillər var, amma federasiya bu vəziyyətlərdə oyunçuları dəstəkləyir. Nələr edə biləcəyimizi birlikdə görəcəyik".
