“Neftçi” də hazırkı durumda bir gün iki günə hesablanır.
Vaxt azalıb, iş çoxdur, hələ ki, yekun nəticə hasil olmur.
Xüsusən legionerlərin gətirilməsində ciddi problemlə üzləşən “ağ-qaralar” diqqəti həm də klubla müqavilə müddəti başa çatan futbolçularla danışıqlara yönəldib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi sözləşməsinin müddəti sonlanan Emil Balayevlə yeni anlaşma əldə edib.
Razılaşmaya əsasən, 32 yaşlı qapıçı qarşıdakı 2 ildə ağ-qara formanı geyinəcək.
Müqavilənin müddəti 1+1 il nəzərdə tutulub.
saytlarin hazirlanmasi
