"Yuventus" və Emiliano Martínez arasında aparılan danışıqlar hələ yekunlaşmayıb.
Sportal.az xəbər verir ki, Turin klubu argentinalı qapıçının nümayəndələri ilə əlaqəni davam etdirir və o, hələ də komandanın əsas transfer hədəflərindən biri sayılır.
Lakin “Yuventus” maliyyə şərtləri ilə razı deyil. "Aston Villa" qapıçı üçün təxminən 10 milyon avro və əlavə bonuslar tələb edir. Turinlilər isə bu məbləği yüksək hesab edir və hələlik həmin şərtləri qəbul etməyə hazır deyil.
saytlarin hazirlanmasi
