"Fənərbaxça" London klubuna təklif göndərdi

18:39 - 22 İyun 2026

"Vest Hem"in müdafiəçisi Jan-Kler Todibo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Jeunesfooteux" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Tobido üçün İngiltərə klubuna rəsmi təkli göndərib. "Fənərbaxça"nın planı 26 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməkdir.

Qeyd edək ki, "Vest Hem" Jan-Kler Tobidonu 2024-cü ilin yayında "Nitsa"dan transfer edib. Fransa millisinə də dəvət alan oyunçu 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti