"Qarabağ"ın legioneri Türkiyə klubuna keçə bilər

10:18 - 22 İyun 2026

Türkiyənin “Çorum” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçi heyətinə qatmağı planlaşdırır.

Sportal.az "Ajansspor"a istinadən xəbər verir ki, Super Liqaya vəsiqə qazanmış klub 30 yaşlı monteneqrolunun transferi üçün danışıqlara başlayıb.

Əgər o, "Çorum"a keçərsə, klubun ən çox maaş alan oyunçularından biri olacaq.

Xatırladaq ki, Yankoviçin Ağdam klubu ilə gələn yaya qədər müqaviləsi qüvvədədir. 

Xəbər xətti