UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununun hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın “Vestri”yə qarşı keçirəcəyi oyununu Roman Jitari idarə edəcək.
Ona yan xətt hakimləri Vlad Lifçiu və Vadim Vikol köməklik göstərəcək, dördüncü hakim funksiyasını isə Andrey Brequtadır. Hakimlər briqadası Moldovanı təmsil edir.
"Qarabağ" - "Vestra" matçı iyulun 9-da Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.
