"Qarabağ" tezliklə daha bir transferi reallaşdıracaq.
Sportal.az "Nemzeti Sport"a istinadən xəbər verir ki, Ağdam klubu “Zalaegerseq”in müdafiəçisi Bense Varkonyi ilə razılığa gəlib.
"Qarabağ" transfer üçün 1 milyon avro ödəyəcək və 24 yaşlı mərkəz müdafiəçisi ilə üç illik müqavilə imzalayacaq.
Macar stoperin “Zalaegerseq”lə müqavilə müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
O, “MTK Budapeşt”, “Kozarmisleni” klublarında oynayıb.
saytlarin hazirlanmasi
