"Monako"nun hücumçusu Folarin Baloqan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" amerikalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "CaughtOffside" məlumat yayıb.
Fransa klubu Baloqanı 50-55 milyon avroya satmağa hazırdır. 24 yaşlı forvard özü klubunu dəyişmək istəyir.
"Nyukasl", "Borussiya", "Yuventus" və "Barselona" da oyunçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, "Monako" Folarin Baloqanı 2023-cü ilin yayında "Arsenal"dan 30 milyon avroya transfer edib. ABŞ millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
