Levandovski razılıq verdi - MLS-də çıxış edəcək

22:06 - 28 İyun 2026

Robert Levandovski "Çikaqo Fayr"a keçidlə bağlı razılığa gəlib.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, transfer tam razılaşdırılıb. Bütün lazımi sənədlər artıq hazırlanıb və onların yaxın 24 saat ərzində imzalanacağı gözlənilir.

37 yaşlı, vaxtilə "Barselona" və "Bavariya"nın formasını geyinmiş hücumçu “Çikaqo”ya azad agent kimi qoşulacaq.

Qeyd edək ki, Levandovski ötən mövsüm La Liqada 31 oyunda meydana çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə verib.

Xəbər xətti