Niderland yığması DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda Tunisə qalib gəlib (3:1).
Sportal.az xəbər verir ki, bu matçda növbəti avtoqol qeydə alınıb. Tunis millisinin yarımmüdafiəçisi Ellyes Sxiri görüşün üçüncü dəqiqəsində topu öz qapısından keçirib.
Bu avtoqol cari mundialda 12-ci olub. Bununla da 2018-ci il dünya çempionatında müəyyən edilmiş mütləq rekord təkrarlanıb.
Onu da əlavə edək ki, 2018-ci ildə 12 avtoqol turnirin keçirilən 64 matçının hamısı ərzində vurulmuşdu. Tunis və Niderland yığmaları arasında keçirilən oyun isə DÇ-2026-nın 54-cü oyunu olub.
saytlarin hazirlanmasi
