PSJ-nin yarımmüdafiəçisi Li Kan İn karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Atletiko" cənubi koreyalı futbolçunun transferi üçün Fransa klubu ilə razılıq əldə edib. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Madrid nəhəngi Kan İn üçün 35 milyon avro və bonuslar ödəyəcək. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.
Qeyd edək ki, PSJ Li Kan İni 2023-cü ilin yayında "Malyorka"dan 22 milyon avroya transfer edib. Cənubi Koreya millisinin üzvü 2025/26 mövsümündə Paris təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
