“Bavariya”nın portuqaliyalı futbolçusu Rafael Guerrero Almaniyanı tərk etməyə hazırlaşır.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya “Beşiktaş”dan təkli gəlib.
O, daimi oynamaq üçün Türkiyəyə yollana bilər. Hazırda İstanbul klubunun rəsmiləri Rafaeli maaş məsələsində razı salmağa çalışır. “Bayer”(Leverkuzen), “Benfika”, “Yuventus”un da transfer siyahısında yer alan portuqalın hansı addımı atacağı dəqiq deyil. Onun “Bavariya” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
“Kan”, “Loryen”, “Borussiya” klublarında oynamış təcrübəli müdafiəçi “Bavariya”nı tərk edəcəyini dəqiqləşdirib.
