Antonio Konte İtaliya millisinin baş məşqçisi postuna əsas namizəd hesab olunur.
Sportal.az xəbər verir ki, bu, ölkə Futbol Federasiyasına yeni rəhbərin təyin edilməsindən sonra gündəmə gəlib.
Daha əvvəl federasiyanın prezidenti vəzifəsinə Covanni Malaqo seçilib. O, əvvəllər İtaliya Milli Olimpiya Komitəsinin (CONI) prezidenti olub.
"La Gazzetta dello Sport"un məlumatına görə, Konte millinin baş məşqçisi postuna namizədlər arasında Roberto Mançinini qabaqlayır və favorit sayılır.
Bundan əlavə, Paolo Maldininin milli komandada texniki direktor vəzifəsinə gətirilməsi ehtimalı da nəzərdən keçirilir.
Xatırladaq ki, İtaliya millisinin əvvəlki baş məşqçisi Cennaro Qattuso olub. O, komandanın 2026 dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.
saytlarin hazirlanmasi
