"Neftçi" hücumçu axtarışlarını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar"a bir neçə hücumçu təklif edilib.

Onlardan biri də Alexandro Markesdir. Venesuela milli komandasının hücumçusu olan 25 yaşlı futbolçu Azərbaycana gəlməyə hazır olduğunu menecerinə bildirib. 

İspaniyanın U-19 yığmasının da üzvü olmuş Markesin “Eştoril”lə müqavilə müddəti bu ayın sonunda başa çatacaq.

O, karyerası ərzində “Barselona” B, “Yuventus” U-23, “Mirandes” klublarında forma geyinib.