"Aston Villa" rəhbərliyi Morqan Rogers üçün gələn transfer təkliflərinə ciddi qiymət məhdudiyyəti qoyub.
Sportal.az xəbər verir ki, klub 100 milyon funt-sterlinqdən aşağı heç bir təklifi nəzərə almayacaq. Üstəlik, rəhbərlik oyunçunun qiymətləndirilməsini digər yüksək profilli transferlərə uyğunlaşdırır.
Bildirilir ki, “Aston Villa” 120 milyon funt civarında qiymətə gedən Elliot Anderson və “Leyptsiq”in Yan Diomande üçün müəyyən etdiyi 100+ milyonluq qiymətləri əsas götürərək Rogers üçün endirim etməyi düşünmür.
Futbolçu ilə "Arsenal" və "Çelsi" maraqlanır. 23 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 37 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
