"Sabah" bu gün Rumıniya klubu ilə qarşılaşacaq

13:18 - 24 İyun 2026

Avstriyada təlim-məşq toplanışında olan "Sabah" bu gün ilk yoxlama matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Rumıniyanın "Universitatya Krayova" klubu ilə üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

"Bayquşlar" iyunun 28-də "Ferensvaroş", iyulun 2-də isə "Polessye" ilə qarşılaşacaq. 

Xəbər xətti