"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu Alexandro Herrera ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşma “1+1” il müddətinədir.
Qeyd edək ki, 21 yaşlı mərkəz yarımmüdafiəçisi “Arko Zaragoza” akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina “Banfield”ində başlayan Herreranın sonuncu klubu Dominikanın “San Kristobal”ı olub.
saytlarin hazirlanmasi
