İnsayder Fabritsio Romanonin məlumatına görə, Marko Palestra sabah "Çelsi"də tibbi müayinədən keçəcək.
Sportal.az xəbər verir ki, 21 yaşlı müdafiəçi London klubu ilə 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulmuş müqavilə imzalayacaq. Sazişdə əlavə bir il uzatma imkanı da olacaq. Palestra transferi rəsmiləşdirmək üçün yaxın vaxtlarda Londona yollanacaq.
Daha əvvəl bildirildiyi kimi, "Atalanta" futbolçunun satışından bonuslar daxil olmaqla 55 milyon avrodan çox gəlir əldə edəcək.
Palestra ötən mövsümü icarə əsasında "Kalyari"də keçirib. O, 2025/26 mövsümündə Serie A-da 37 oyuna çıxaraq 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
