"İnter"in rəhbərliyi komandanın liderlərindən biri Federiko Dimarkonu heyətdə saxlamaq niyyətindədir.
Sportal.az xəbər verir ki, İtaliya çempionu artıq onun müqaviləsinin müddətinin uzadılması istiqamətində iş aparır. Bu barədə insayder Nikolo Skkira məlumat yayıb.
"Neradzurrilər" yaxın vaxtlarda müdafiəçinin hazırkı sözləşməsinin müddətini 2028-ci ilin yayına qədər uzatmaq seçimini aktivləşdirəcəklər. Bundan sonra tərəflər 2030-cu ilə qədər nəzərdə tutula biləcək yeni anlaşmanın imzalanması ilə bağlı danışıqlara başlayacaqlar.
28 yaşlı italiyalı futbolçunun hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. İtaliya millisinin üzvü olan təcrübəli sol cinah müdafiəçisi 2025/26 mövsümündə Milan təmsilçisinin heyətində 47 matçda iştirak edib, 8 qol vurub və 18 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
