40 yaşlı hücumçu milli komandada 150-ci matçına çıxır

23:27 - 24 İyun 2026

Edin Ceko Bosniya və Herseqovina millisinin heyətində 150-ci oyununa çıxıb.

Sportal.az xəbər verir ki, 40 yaşlı hücumçu DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Qətərə qarşı matça start heyətində başlayıb (ilk hissə – 0:0).

Ceko Bosniya və Herseqovina millisinin tarixində həm oyun sayına (150), həm də vurduğu qollara (73) görə rekordçudur. Bu göstəricidə ikinci yeri 115 oyunla Miralem Pjanić tutur. Millinin ən məhsuldar bombardirləri siyahısında isə ikinci pillədə 28 qolla Vedad İbişeviç qərarlaşıb.

Xəbər xətti