"Tottenhem"in yarımmüdafiəçisi "Bavariya"nın hədəfində

18:59 - 24 İyun 2026

"Bavariya" klubla müqaviləsi başa çatan Leon Qoretskaya əvəzləyici axtarır.

Sportal.az xəbər verir ki, Almaniya çempionunun əsas hədəfi "Tottenhem"də çıxış edən Lukas Berqvallı transfer etməkdir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

London klubunda əsas heyətdə yerini itirən isveçli futbolçu ayrılığa isti yanaşır. "Bavariya" 20 yaşlı yarımmüdafiəçi üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır.

İngiltərənin "Çelsi", "Aston Villa" və "Nottingem Forest" klubları da gənc oyunçü ilə maraqlanır.

Qeyd edək ki, "Tottenhem" Lukas Berqvallı 2024-cü ilin yayında "Yurqorden"dən 20 milyon avroya transfer edib. İsveç millisinin üzvü 2025/26 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti