“Real"ın baş məşqçisi Joze Mourinyo “Real” və “Barselona” matçlarının futbol dünyasındakı əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Mourinyo Vanity Fair nəşrinə müsahibəsində bunları qeyd edib:
“El-Klasiko artıq əvvəlki kimi qəbul olunmur. O vaxtlar dünya sanki dayanırdı. Təkcə Madrid, Barselona və ya İspaniya deyil – bütün dünya. İnsanlar bu oyunları səbirsizliklə gözləyirdilər.
Əlbəttə, Kriştiano Ronaldo və Lionel Messi hamının kumirləri idi. Onlar dünyanın ən yaxşı iki futbolçusu sayılırdılar. “Real" dünyanın ən yaxşı klubudur. “Barselona” isə “Real”dan sonra dünyanın ən yaxşı klublarından biridir".
saytlarin hazirlanmasi
