"Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.ə
Sportal.az xəbər verir ki, "Qalatasaray" belçikalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.
İstanbul nəhəngi 34 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün menecerlər vasitəsilə təmas qurub.
Qeyd edək ki, Kevin De Bruyne 2025-ci ilin yayında "Mançester Siti"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Napoli"yə keçib. Belçika millisinin üzvü 2025/26 mövsümündə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
