Braziliyalı "Turan Tovuz"dan ayrıla bilər

12:18 - 25 İyun 2026

"Turan Tovuz"un hücumçusu Joarlem Batişta komandanı tərk etmək istəyir.

Sportal.az saytına verilən məlumata görə, braziliyalı hücumçuya Yaponiyadan sərfəli təklif gəlib.

Tovuz təmsilçisinin avrokuboklara buraxılmaması Jonun qərarına böyük təsir göstərib. 

Belə ki, öncədən o, "Turan Tovuz"da qalacağını qətiləşdirmişdisə, indi "Yokohama Marines"in təklifini dəyərləndirmək istəyir.

Yaxın günlərdə Batiştanın yeni mövsümə Azərbaycanda başlayıb-başlamayacağı dəqiqləşəcək.

Qeyd edək ki, 31 yaşlı futbolçunun "Turan Tovuz"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti