Türkiyə millisi mundialı qələbə ilə başa vurdu - İCMAL

12:48 - 26 İyun 2026

DÇ-2026-nın final mərhələsinin D qrupunda sonuncu turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Türkiyə millisi turnirin ev sahiblərindən olan ABŞ yığması ilə üz-üzə gəlib. Qarşılaaşma "ay-ulduzlular"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qələbəyə baxmayaraq Türkiyə seçməsi qrupu sonuncu pillədə başa vurub və mundialda mübarizəni dayandırıb. ABŞ isə 6 xalla qrupu lider tamamlayıb.

Türkiyə - ABŞ 3:2
Qollar:
Arda Güler, 10, Barış Alper Yılmaz, 31, Kaan Ayhan, 90+8 - Oston Trasti, 3, Sebastyan Berhalter, 49

Xəbər xətti