"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeş İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" braziliyalı oyunçunu transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
London klubu artıq Gimaraesin ətrafı ilə ilkin danışıqlara başlayıb. "Arsenal" 28 yaşlı futbolçu üçün onun klubuna 80 milyon funt-sterlinqlik təklif göndərməyi nəzərdə keçirir.
Qeyd edək ki, "Nyukasl" Bruno Gimaraesi 2022-ci ilin yanvarında "Lion"dan 42 milyon avroya transfer edib.Braziliya millisinin üzvü 2025/26 mövsümündə "sağsağanlar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
