"Real" argentinalı futbolçunun gələn il komandaya qayıdacağından əmindir

23:47 - 27 İyun 2026

"Real" klubunda əmindirlər ki, Nico Pazın gələcəyi gələn yay İspaniyaya qayıtması ilə bağlıdır.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, daha əvvəl "Komo" yarımmüdafiəçinin 60 milyon avroya transferi ilə bağlı Madrid klubu ilə razılığa gəlib. Müqavilə gələn həftə rəsmiləşdiriləcək. Bununla yanaşı, “Real” 2027-ci ildə argentinalını 80 milyon avroya geri almaq hüququnu özündə saxlayacaq.

Mənbənin bildirdiyinə görə, əvvəlcə “Real” Pazın 2026/27 mövsümündə komandaya qoşulacağını planlaşdırırdı. Lakin futbolçuda Joze Mourinyonun komandasında oynayacağı rolla bağlı şübhələr yaranıb. Buna görə də 21 yaşlı yarımmüdafiəçi karyerasının bu mərhələsində ötən mövsümün nəticələrinə əsasən UEFA Çempionlar Liqasına vəsiqə qazanan “Komo”da çıxışını davam etdirməyə üstünlük verib. Madrid klubu da futbolçunun bu istəyinə hörmətlə yanaşıb.

Xatırladaq ki, “Real” bu ayın əvvəlində Pazı “Komo”dan 9 milyon avroya geri almaq hüququndan istifadə etmişdi. Argentinalı futbolçu ötən mövsüm Serie A-da 35 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbər xətti