Fransa və Seneqaldan darmadağın - DÇ-2026

01:00 - 27 İyun 2026

2026-cı il dünya çempionatında I qrupunda III turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Seneqal millisi İraq ilə qarşılaşıb. 5:0 hesablı qələbə qazanan Seneqal 3 xalla 3-cü pillədə yer alıb.

Qrupun digər matçında isə Fransa Norveçlə üz-üzə gəlib. Burada isə fransızlar 4:1 hesablı qələbə qazanaraq 9 xalla qrupu lider tamamlayıb. Norveç isə 6 xalla 2-ci pillədə yer alıb.

Qeyd edək ki, qrupda son yeri 0 xalla İraq yığması tutub.

DÇ-2026
I qrupu, III tur
23:00. Seneqal - İraq 5:0

Qollar: Sek, 4, Sarr, 56, Qeye, 59, 71, İ.Ndiaye, 82

Qırmızı vərəqə: Sulaka, 10


23:00. Fransa - Norveç 4:1

Qollar: Dembele, 7, 20, 32, D.Doue, 90+4, -  T. Asgard, 21

Xəbər xətti