"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Tottenhem" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
London klubu Tonali ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 26 yaşlı dayaq yarımmüdafiəçisi "Tottenhem"in illik 12 milyon avro olmaqla 6 illik müqavilə təklifini qəbul edib. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Nyukasl" Sandro Tonalini 2023-cü ilin yayında "Milan"dan 60 milyon avroya transfer edib. İtaliya millisinin üzvü 2025/26 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
