"Mən Manu Koneni həm Tçuamenidən, həm də Adrien Rabiotdan üstün tuturam" - sabiq futbolçu

20:34 - 27 İyun 2026

Keçmiş "Arsenal" yarımmüdafiəçisi Patrik Vieyra "Roma" və Fransa millisinin futbolçusu Manu Koneni hazırda Fransanın ən yaxşı yarımmüdafiəçisi adlandırıb.

Sportal.az xəbər verir ki, Vieyra "ITV Football"un efirində maraqlı ifadələr səsləndirib:

“Onun "Roma"da, Seriya -da həqiqətən yaxşı mövsümü keçdi. Dünya çempionatına isə bir neçə zədədən sonra gəldi.

Mənim üçün o, hazırda Fransanın ən yaxşı yarımmüdafiəçisidir. Mən onu həm Aurelien Tçuamenidən, həm də Adrien Rabiotdan üstün tutaram. Çünki o, çox hərəkətlidir, aqressiv oynayır, topu əla qazanır və oyunun qurulmasında iştirak etməyə, topu irəli aparmağa, rəqibin müdafiə xətlərini yarmağa imkan verən yüksək texniki keyfiyyətlərə malikdir.

Bəli, o, topu yaxşı qazanır, amma başqalarında olmayan bir xüsusiyyəti var, irəli oynamağı bacarır. Tçuameni bəzən məyus edir, çünki çox vaxt topu geriyə və ya yana ötürür. Kone isə daha çox irəli ötürmələr edir”.

Qeyd edək ki, Kone ötən mövsüm “Roma”nın heyətində A Seriyasında 29 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. O, DÇ-2026-da isə iki matçda forma geyinib.

Xəbər xətti