İspaniya millisində ciddi itkilər

15:58 - 27 İyun 2026

İspaniya millisi DÇ-2026-nın sonuna qədər vacib oyunçularından birini itirmək riski ilə üzləşib.

Sportal.az ​"Marca" nəşrinə istinadən xəbər verir ki, Yeremi Pino ciddi zədə səbəbindən böyük ehtimalla mundialda komandasına bir daha kömək edə bilməyəcək.

"Kristal Pelas"ın 23 yaşlı futbolçusu qrup mərhələsinin üçüncü turunda Uruqvaya qarşı keçirilən matçda (1:0) körpücük sümüyünü sındırıb. Pino meydana əvəzetmədən daxil olsa da, bir müddət sonra təkbətək mübarizələrin birindən sonra uğursuz şəkildə yerə yıxılıb. Final fitindən sonra onun qolunda xüsusi sarğı ilə göründüyü qeyd olunur.

​Luis de la Fuentenin rəhbərlik etdiyi komandada kadr problemləri bununla bitmir. Daha bir cinah oyunçusu Niko Uilyams yenidən əzələ zədəsi alıb və bu səbəbdən onun pley-off mərhələsindəki oyunlarda iştirakı böyük sual altındadır.

​Bundan əlavə, Viktor Munyosun da səhhətində problemlər var.

Xəbər xətti