"Mançester Siti" 19 yaşlı fransalı futbolçunu transfer etdi - RƏSMİ

23:06 - 27 İyun 2026

Matis Deturbe rəsmən "Mançester Siti"nin futbolçusu olub.

Sportal.az xəbər verir ki, "Troyes" 19 yaşlı cinah oyunçusunun “şəhərlilər”in heyətinə keçdiyini açıqlayıb. Qeyd edək ki, hər iki klub "City Football Group"una daxildir.

Transferin məbləği 25 milyon avro təşkil edib. Gözlənilir ki, İngiltərə klubu yaxın vaxtlarda futbolçunu satınalma hüququ ilə "Monako"ya icarəyə göndərəcək.

Deturbe ötən mövsüm Liqa 2-də 33 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

Xəbər xətti