Futbol Federasiyası milli komandanın çarter reysini ləğv etdi - futbolçular öz imkanları ilə vətənə qayıdacaqlar

00:22 - 28 İyun 2026

Uruqvay millisi DÇ-2026-nın qrup mərhələsində keçirdiyi üç oyunun heç birində qalib gələ bilməyib və pley-offa yüksəlmək şansını itirib.

Sportal.az xəbər verir ki, bundan sonra Uruqvay Futbol Federasiyası milli komandanın Montevideoya planlaşdırılan çarter reysini ləğv etmək qərarına gəlib. Nəticədə futbolçular və məşqçilər korpusu vətənə fərdi qaydada qayıtmalı olacaqlar.

Bu qərar cümə günü İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra, Quadalaxarada qəbul edilib.

Xəbər xətti