"Fənərbaxça" argentinalı üçün hərəkətə keçdi

16:47 - 28 İyun 2026

"Fənərbaxça" İngiltərədən hücumçu gətirməyi planlaşdırır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Vest Hem”in forvardı Tati Kastelyanosla maraqlanır.

Hazırda tərəflər arasında danışıqlar gedir. “Fənərbaxça” argentinalı futbolçunu heyətinə qatmaqda israrlıdır. 27 yaşlı forvard özü də Çempionşipdə oynamaq istəmir. Belə ki, “Vest Hem” son mövsümdəki nəticələrə əsasən, İngiltərə Premyer Liqasını tərk edib və yeni mövsümdən Çempionşipdə mübarizə aparacaq.

Kastelyanosun “Vest Hem”lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Universidad de Çile”, “Nyu York Siti”, “Jirona”, “Latsio” klublarında oynayıb.
 

Xəbər xətti