"Braziliya millisində komandanı təkbaşına irəli apara biləcək başqa futbolçu yoxdur"

00:14 - 29 İyun 2026

Keçmiş Braziliya millisinin hücumçusu Ronaldo Nazario "Santos"un cinah oyunçusu Neymarı dünya çempionatında Braziliya millisinin start heyətində görmək istədiyini bildirib.

Sportal.az xəbər verir ki, əfsanəvi futbolçu jurnalistin Neymarın milliyə qayıtmaq haqda sualına belə cavab verib:

"Əlbəttə, start heyətində görmək istəyirəm. Bunun çox ciddi səbəbi var: Neymar oyunun taleyini həll edə bilən futbolçudur. Hazırkı millidə onun imkanlarına sahib başqa bir oyunçu görmürəm, komandanın qələbə qazanmasına təkbaşına kömək edə biləcək futbolçu yoxdur. Ona görə də, əgər ondan yararlanmaq imkanımız varsa, bunu əldən verməməliyik. Həkimlər ona oynamaq üçün icazə veriblər, fiziki cəhətdən yaxşı vəziyyətdədir və indi ona inanmayanların hamısını susdurmaq imkanı var. Mən özüm də 2002-ci ildə belə bir dönüş yaşamışam. Buna görə də Neymarı tam dəstəkləyirəm".

Xəbər xətti