Bundesliqa təmsilçisinin vingeri komandadan ayrılsa...

23:53 - 28 İyun 2026

Yan Diomande bu yay "Leyptsiq"dən ayrılacağı təqdirdə, PSJ-yə keçməyə üstünlük verir.

Sportal.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı cinah oyunçusu Paris klubunun layihəsinə inanır və baş məşqçi Luis Enrikenin rəhbərliyi altında çıxış etmək istəyir.

Diomande hesab edir ki, PSJ-yə keçid ona müntəzəm olaraq titullar uğrunda mübarizə aparmaq və gələcəkdə Ballon d'Or qazanmaq üçün ən yaxşı imkandır.

Hazırda Fil Dişi millisinin heyətində DÇ-2026-da çıxış edən vinger Kuraçao yığması ilə matçda (2:0) bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan əvvəl bildirilmişdi ki, futbolçu ilə "Liverpul" da maraqlanır. İngiltərə klubu “Leyptsiq”in 100 milyon avroluq ilk təklifini rədd etməsindən sonra transfer üçün daha yüksək təklif hazırlayır.

Xəbər xətti